Almaniyanın paytaxtı Berlində naməlum şəxs idarə etdiyi TIR-ı insanların üzərinə sürüb. Hadisə Milad bazarında baş verib. Alman polisi hadisə zamanı 9 nəfərin öldüyü, 50-dən çox adamın isə yaralandığı haqda məlumat yayıb.
Polis hadisənin terror hücumu olduğunu ehtimal edir.
Hadisə şahidləri isə TIR-ın bazara girdiyi anda partlayış səsi eşidildiyini bildiriblər.