Bakının Qala kəndindəki 323 nömrəli məktəbdə pul yığımına başlanıb
Bu barədə vəkil Aslan İsmayılov Feysbuk səhifəsində məlumat yayıb.
Onun sözlərinıə görə, direktor bu yaxınlarda valideynləri yığıb. Onların nəzərinə çatdırıb ki, Təhsil Nazirliyi tərəfindən maliyyələşmə kəsilib, uşaqların oxuması üçün özləri pul ödəməlidirlər.
Məktəbə veriləcək 15 manatı tapa bilməyən valideyn çıxılmaz vəziyyətdə olduğunu açıq deyə də bilmirlər.
Vəkil bildirib ki, xəstəxanaların pullu olacağının rəsmən elan olunduğunu eşitmişdi: “Məktəblərin isə yox. Bəlkə, təhsil naziri Mikayıl Cabbarov məktəblərin də pullu olacağını elan edə?
Əlavə olaraq xahiş edirəm ki, Səhiyyə naziri Oqtay Şirəliyev və Təhsil naziri Mikayıl Cabbarov, ailə başçıları üçün yaxşı halda 500 manat gəlirlə ailəni dolandırmaq, balalarını sağlam və savadlı böyütmək üçün büdcə planı da təqdim etsinlər”.