Avropa Birliyi mübahisəli sənədi qəbul etdi

avropa-birliyi-bayragiMübahisə və müqavimətlərə baxmayaraq, Avropa Birliyi (AB) ölkələrinin liderləri miqrant problemi ilə bağlı deklarasiyanı qəbul ediblər.

Miqrasiya böhranının həlli yollarını göstərən sənəddə Avropa Birliyinin Türkiyə ilə bağladığı sazişə sadiq qaldığı bildirilir.

Bu ölkənin vətəndaşları üçün vizasız rejimin ləğv edilib-edilməyəcəyi ilə bağlı məsələ isə sənəddə açıq qalıb.
Deklarasiya AB-nin Şimali Afrikanın 5 ölkəsi ilə qeyri-leqal miqrasiyaya qarşı birgə mübarizəsini nəzərdə tutur.

Qurum sərhəd xidmətinin gücləndirilməsi ilə bağlı Liviya və Maltaya əlavə maliyyə yardımı ayırmağa hazır olduğunu da bəyan edib.
Eyni məqsədlə balkan ölkələrinə Avropa İnvestisiya Bankı tərəfindən kreditin ayrılması təsdiqlənib.

Sammitdə Avropa Birliyi ölkələrinin qaçqınlarla bağlı ortaq siyasət yürütməsinə də qərar verilib.