Hakim Ənvər Seyidovun beyninə qan sızıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb. 1481632948_enverseyiddd
Lent.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.
Onu da bildiririk ki Ənvər Seyidov bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik edib.
Hakim Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var.
Bu barədə Lent.az-a Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.