ƏLÍL ATASI PREZİDENTƏ VƏ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ…

” 1 Sentyabr 2016-ci il tarixində Baki sakini əliI oğlunun təhsil hüququnun təmin olunmamasına görə preziderit İlham Əliyevə va onun xanımı Mehriban Əliyevaya müraciət etdi… Baki şəhər sakini Elsevər Sovzəliyev, bir ildir ki fiziki qüsuru olan oğlunun təhsil hüququ uğrunda mübarizə apardığını, bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, Nərimanov rayonunda yerləşən “Əlillər üçün %d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-15məktəb”in direktoru Əvəz Hüseynquliyevin, onu bir ildir ki süründürdüyünü və ondan əlil oğlunu məktəbə qəbul etmək üçün rüşvət tələb etdiyini bildirmişdir. E. Sovzaliyevin bildirdiyinə görə, keçən iIdən oğlunu məktəbə qoymaq istəsə də, kimlərinsə himayədarlığı ilə, direktor, ona süni əngəllər yaradır və o, bir valideyin kimi xəstə oğlunun arzusunu yerinə yetirə bilmir. Elsəvər bəyin bildirdiyinə görə məktəbin direktorunun qanunsuz hərəkətlərindən müxtəlif təşkilatlara, o cümlədən Nərimanov rayon polis idarəsinə, Rayon icra hakimiyyətinə, Təhsil Nazirliyinə və bir çox qurumlara müraciət etsə də, nəticə onun əleyhinə olmuş, əksinə onun özünü cərimələmişlər. Çarəsiz ata ölkə rəhbərliyinə olan müraciətini belə bir sonluqla başa vurur: “Cənab Prezident, hörmətli Mehriban xanım! Nə olsun ki mənim övladım qusurludur. O da, sizlərin və hər kəsin övladı kimi bu dövlətin ona verdiyi təhsil hüququndan istifadə etmək və məktəbə getmək istəyir. Axı siz özünüz də bütün çıxışlarınızda hər kəsin prezidenti olduğunuzu deyirsiniz. Mən əminəm ki bu sözlərin sizin vicdansız məmurları cəzalandırmagınız üçün əlavə stimul olacaq. Sizdən xahiş edirəm bu məsələnin araşdırılmasına nəzarət edəsiniz. ”
⁠⁠⁠⁠