“Facebook”da ölüm tələsi-FOTO

61c4d3e45377830bb9da679f04d5fc6e_kİmmiqrantları daşımaq üçün istifadə edilən yeni üsulla ölüm Facebookdan gəlir!

Facebookda ilk baxışda turistik səfərləri xatırladan parlaq reklamlar əslində ölümcül bir tələdir!

Bu səhifəni bəyənndikdən sonra lüks bir səfər edəcəyini sanan immiqrantlar əslindəhəyatlarıyla qumar oynayır.

“Daily Mail”in xəbərinə görə, Suriyalıların Türkiyə üzərindən Avropaya qaçması üçün yeni üsul Facebook üzərində qurulan bu planlardı.

Mühacirlər üçün “etibarlı yol” olaraq verilən səhifələrin elanlarında, London, Paris və Yunanıstana keçmək üçün səfərin lüks yatlarla ediləcəyi inandırılır.

Mühacirlərə yeni bir həyat təqdim etdiyini vəd edən bu səhifələrdə yüz faiz təhlükəsizlik zəmanətinin qarşılığında yüksək məbləğdə pul tələb edilir.

Türkiyə üzərindən ediləcək olan səfərdə iki günlük isə 2 min 500 Sterlinq yəni 4 min 44 manat.

Gerçəkdə isə hər şeyini arxasında buraxan mühacirlərin yük maşınında və botlarla daşınaraq ümidləri qarşılığında həyatları əllərindən alınır.

İstanbul Boğazı və İzmir üzərindən başladılacağı və lüks şərtlər təqdim ediləcəyi vəd edilən bu səfər bir çox immiqrant üçün ölümlə nəticələnir.
Muğlanın Bodrum Mahalında qeyri-qanuni yollardan Yunanıstanın İstanköy adasına keçməyə çalışan qaçaq immiqrantlar ölümü gözə alaraq hər yolu sınayır.

Dəniz yatağı və can qurtaran hava balonları ilə ilə dənizə açılan universitet şagirdi 3 Suriyalı qaçaq immiqrant axarkən, Türk Sahil Təhlükəsizlik qrupları tərəfindən qurtarılıb.

Suriyalı qaçqınların qaçmaq uğrunda ölümlə üz-üzə qaldıqları kadrları sizə təqdim edirik.

8a30ccbf662b315b98cc52416586bbf2_k

9be5db953f3fcc2593283ec069f96440_k

28f5c43d1e80c75e84aa9c88b6990a3d_k

31f41bdb66fd307f202921681ee85216_k

49e44a08a171283ace4a0aa2abd26613_k

267e79627629452b4c89543ed7921554_k

512dfa8529ca0fcaeb0fcdd087770591_k

bdb6a89c425f4dacc218498262e3304a_k

edb102a7e8114494141d29c43862b789_k

edfd7c84490943309fae5a7ae60eedad_k

f5475a106d20e31fae7d23775d0da622_k

Mətləb BALAKİŞİYEV