Fəhlələrin pulunu verməyən,deputatdan suyun qiymətini qaldırmaq təklifi.

Sumqayıtdan deputat olan Mirzəcan Xəlilovun parlamentdə səsini eşidən olmayıb.Lakin bu dəfə millət vəkili ənənəsini pozaraq suyu qiymətini qaldırmağı təklif edib belə ki, Onun sözlərinə görə, elektrik enerjisi və qazın qiymətinin artırılması ilk növbədə “Melorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu”-ya təsir edəcək. Odur ki, hökumət bu məsələyə baxmalıdır və Tarif Şurası qiymətlər məsələsinə baxmalıdır”təklifi ilə çıxış edib.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-8
Millət vəkilinin adı ancaq xoşagəlməz işlərdə hallanır.
Onun gah fəhlələrin pulunu vermədiyi, gah kiməsə borcunu qaytarmadığı haqda müraciətlər mediada tirajlanır. Bu da deputatın adını Rəfael Cəbrayılov, Rüfət Quliyev və digər bu kateqoriyalı həmkarlarının siyahısına salıb.

M.Xəlilov yaxşı olar ki, MM-də ağzını açıb çıxış etsin. Parlament ən passiv deputatlarından olan millət vəkili aktual mövzularla bağlı bir dəfə fikrini bildirməyib.

Onun başı biznesə elə qarışıb ki, parlamentdəki müzakirələrə vaxtı yoxdur. Tənqidlərdən nəticə çıxaran M.Xəlilov xalqa” xeyir” edən təkliflə çıxış edib. Suyun pulunu artırmağı bildirib.

Deputat ustanın və fəhlələrin pulunu vermir. “Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, “elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyib.

O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir. Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir.