Liviyanın Zuvara şəhəri yaxınlarında təxminən 500 immiqranı daşıyan iki gəmi batıb. Yüzlərlə adamın öldüyü güman edilir. Məlumata görə, libyanın Zuvara şəhəri yaxınlığında batan gəminin birində 50, digərində 400 immiqrantın olduğu bildirilir. Gəmilərdəki qaçaqların Suriya, Pakistan, Mərakeş, Banqladeş və Afrika ölkələrdən olduqları bildirilir.
Liviya sahil təhlükəsizlik əməkdaşları 400 qaçağın olduğu gəmidə xilas etmə işlərini davam etdirir, ancaq gəmidəki immiqrantların böyük hissəsinin öldüyündən narahatlıq edilir.
Şahidlərin sözlərinə görə ən az 100 cansız bədənin Liviyanın paytaxtı Trublusun qərbindəki bir xəstəxanaya aparıldığını deyilir. 201 immiqrant isə xilas edilib.
Mətləb BALAKİŞİYEV