15 may 2015-ci il tarixində Şəki Uşaq Gənclər İdman Məktəbinin direktoru İlqar Vulqar oglu Sadiqov vəzifəsindən istefa verib. Bu haqda saytımıza məlumat verən İ. Sadıqov bildirib: “Bu gün hakimiyyətin bütün strukturlarında azad fikrə qarşı kəskin reaksiya var. Məmurlar qanunlara əsasən onların üzərinə düşən öhdəlikləri deyil, özündən yuxarıda oturan şəxslərin “arzularını” yerinə yetirir. Sərbəst düşüncə və tənqidi yanaşma “cinayət” hesab olunur. Mən hesab etdim ki, bu cur qaydalarla mən vəzifəmdə qala bilmərəm. Düşünürəm ki, vəzifə şəxsiyyətdən önəmli ola bilməz. Buna görə qərara gəldim ki, işdən gedim. Bu şəraitdə nə mən onlarla işləmək istəyirəm, nə də onlar mənimlə. Ən yaxşısı vəzifədən getməkdir. Bu hakimiyyət rejimə qarşı olan hər kəsi hansısa formada cəzalandırır. Hüquq mühafizə və məhkəmə orqanları qanunlarla deyil, yuxardakıların “göstərişi” ilə işləyir”
Related Posts
İslam Əməkdalıq Təşkilatı Nurçu hərəkatını terror təşkilat kim tanıdı
- admin
- 27/07/2016
- 0
İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısında Fətullah Gülənin rəhbərlik […]
Ziya Məmmədov İsveçdə də korrupsiya qalmaqalında.
- admin
- 10/03/2017
- 0
İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyinin ətrafında iri […]
Vaqif Əsədov “Əməkdaşımız 4 dil bilir, ona görə fikrini səhv ifadə edib”
- admin
- 21/11/2017
- 0
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin […]