Bank of America, Çin hökumətinin kapital bazarına yönələn müdaxilələrini davam etdirməsinin olduqca xərcli olması və iqtisadi ləngiməyə görə Çin birjasındakı toparlanmanın qısaömürlü olacağını proqnozlaşdırır.
Bank of America-nın Çin səhmləri üzrə strateqi David Cui, “İnsanlar hökumətin müdaxilədən geri çəkildiyini eşidər-eşitməz, bir çox investor səhmlərdə qiymət qırmağa başlayacaq” şərhini edib.
Cui, səhmlər cəlbedici hala gəlmədən öncə Şanxay Birləşmiş İndeksinin əlavə 35 faiz düşməsi lazım olduğunu söyləyib.
İndeks, Çin hökumətinin İkinci Dünya Müharibəsi tədbirləri ərəfəsində bazara müdaxilə edəcəyi gözləntiləri ilə iki gün yüksəlişə keçmiş və ötən həftənin son iş gününü 4,8 faiz artımla bağlamışdı.
Çıxan xəbərlərdə hökumətin dəyərli şirkət səhmlərini istifadə edərək müdaxilə etdiyi qeyd olunub.
Elgün ORUCLU