Əlillərin pensiyasını yarıbayarı kəsiblər.

Nazirlik əlillərin pensiyasını yarıbayarı kəsdi

Tarif Şurasının son bahalaşma qərarından sonra hər kəs maaş və pensiyasının artırılmasını gözləyir

Lakin bu gözləntilərə baxmayaraq, Azərbaycanda mülki əlillik pensiyası alan şəxslər noyabr ayı üçün pensiyalarının 50 faizini ala biliblər.
“Əvvəlki aylarda hər ayın 20-22-si aralığında pensiyamız hesabımıza keçirilirdi. Amma noyabr ayının pensiyası həmin ayın 30-u gecə saatlarında oturdu hesabımıza, özü də şokedici halda, pensiyamızın 50 faizi keçirilib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttindən məlumat öyrənə bilmirik, deyirlər ki, pensiyaların hamısı oturub, bizdə problem yoxdur. Halbuki biz pensiyamızın yarısını almışıq”.