“Brent” markalı neftin qiyməti bu səhər kəskin bahalaşıb.

London birjasında “Brent” markalı neftin qiyməti bu səhər kəskin bahalaşıb.

141127103056_opec_624x351_bbc_nocreditXebername.info ANS PRESS-ə istinadənxəbər verir ki, bu gün Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent”  markalı neftin bir barrelinin qiyməti təxminən 4 dollar bahalaşaraq 47,71 dollar olub. Bu, təxminən 8 faiz bahalaşma deməkdir.

“Brent”dən fərqli olaraq Texas neftinin qiymətində dəyişiklik nisbətən azdır. Belə ki, Nyu York NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti dünənki günlə müqayisədə 3,66 dollar bahalaşaraq 42.96 dollara çatıb.

Beynəlxalq Energetika Agentliyi gündəlik istehlakın daha 1,4 milyon barrel artacağı bir dövrdə OPEK  və onun de-fakto lideri Səudiyyə Ərəbistanının öz bazarını genişləndirmək imkanı qazanacağını bildirir. Neftin qiymətinin kəskin düşməsi nəticəsində rəqiblərin zərərə düşməsi də onların bazarı genişləndirməsinə kömək edəcək. OPEK-in proqnozlarına görə, 2015-ci ildə günlük neft istehlakı 92,6 milyon barrel təşkil edəcək.

Ekspertlər həmçinin xam neft bazarının zəiflədiyini deyil, əksinə hətta gücləndiyini vurğulayırlar: “2009-cu ildən etibarən ilk dəfə neftin qiymətinin 45 dollardan aşağı düşməsinə baxmayaraq, son həftələr ərzində xam neft bazarı sabitləşib. Çünki dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çin öz ehtiyatlarını doldurmaq üçün bu il daha artıq neft alacaq.”

Elgün ORUCLU