Daxili işlər nazirliyi isə polisə haqq qazandırıb. Hazırda hərbi qulluqda olan Tahir Osmanlı Yevlax rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb. T.Osmanlı çavuş vəzifəsində işləyir və bu ilin avqust ayında kirayə yaşadığı mənzildə haqsız yerə şərə düşüb. Hüquqlarını müdafiə etdiyim şəxs şikayət əsasında elə hərbi hissədən götürülərək Yevlax rayon Polis Şöbəsinə aparılıb və şöbədə amansız şəkildə döyülüb. Tahir Osmanlı ilə bir evdə kirayədə qalan hərbiçinin cibində guya 1650 manat pulu olub və avqust ayında həmin pul itib. Pulun həqiqətən otaq yoldaşında mövcud olmasını isə Tahir görməyib. Pulu itən hərbiçi Yevlax rayon Polis Şöbəsinə şikayət edib. Polis əməkdaşları Tahiri hərbi hissədən götürüb şöbəyə aparıblar. Polis şöbəsində iki kapitan və bir mayor tərəfindən amansızcasına döyülüb. Nəticədə Tahir Osmanlı ağır bədən xəsarəti alıb və qabırğaları zədələnib. Bundan əlavə, boynundan da xəsarət alıb və gecəyə qədər işgəncəyə məruz qalıb. Hərbiçini döyən polis əməkdaşlarına qarşı heç bir tədbir görülməyib və valideyinlərinin prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb. Polisin qanunsuz əməllərindən və Yevlax rayon Prokurorluğunun qərarından məhkəməyə şikayət olunacaq.
Related Posts
Sahibkarlara güzəşt necə ediləcək?
- admin
- 01/12/2017
- 0
Qubad Ibadoğlu Faiz subsidiyalarının hazırda mövcud olan və keçmişdən qalan faiz borlarına aidiyyatı yoxdur. “Sahibkarlar […]
Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir: TAM SİYAHI
- admin
- 28/04/2016
- 0
Ermənistan ordusunun mövqelərimizi atəşə tutması nəticəsində cəbhənin Ağdam, Tərtər, Ağcabədi istiqamətində çox sayda yaşayış evinə […]
Paşinyan: Əliyevin də oğlunu Qarabağa göndərməsinə şad olardım
- admin
- 26/07/2018
- 0
Paşinyan müsahibə verərkən Fotoqraf: Exo Moskva Zərdüşt Əlizadə: “Dağlıq Qarabağ Muxtar Vilayətinin öz suverenliyi haqqında məsələ […]