Akif Çovdarovdan Eynulla Fətullayevə ittiham Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov sonuncu məhkəmə prosesində Haqqin.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin haqqında sərt ittihamlar səsləndirib.
24saat.org saytının elektron ünvanına olduqca maraqlı ittihamı əks etdirən məktub daxil olub.
xəbər verir ki, Akif Çovdarov məhkəmə prosesindən yalnız Eynulla Fətullayevin rəhbərlik etdiyi media orqanlarının reportaj verməsini belə izah edib:
“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Burda olanlar müvafiq qurumlar tərəfindən izlənilir. Eynulla Fətullayev bizim dövrümüzdə MTN-ə işləyirdi, biz ötürürdük, indi də DTX-yə işləyir onlar ötürür”.