İşçi Qrup Siyasi məhbusların yenilənmiş siyahısını təqdim etdi.

siyasi mehbuslarAzərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup növbəti toplantısında həm Qrup üzvlərinin öz təşəbbüsü ilə, həm də 2016-cı ilin noyabr ayının əvvəllərinə qədər daxil olan müraciətləri araşdıraraq siyahının yenilənmiş variantını ictimaiyyətə təqdim edir.

Yenilənmiş siyahıya 144 nəfərin (bu ilin oktyabr ayında elan olunan siyahıda 139 nəfər idi) adı salınıb.

Siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı 119-dur (94). Onlardan 6-sı jurnalist və bloger (6), 2-si şair və yazar (2), 1-i hüquq müdafiəçisi (1), 5-i gənc fəal (5), 5-i siyasətçi (5), 86-sı inanclı fəal (61), 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş (3) məhbuslardır. 11 şəxs (11) isə yuxarıdakı kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna aid edilib.