Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanda “Şeyxülislam mükafatı”nın yaradılması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.Mükafatla bağlı sosial şəbəkələrdə bir çox müzakirələr başlayıb.Mükafatla bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı daha maraqlı açıqlama verib. “Zənnimcə belə bir mükafatın olmamalıdır. Hesab edirəm ki, şeyx bunu etməsəydi yaxşı olardı. Hansı “ağıllı” ona bu məsləhəti verib, çox maraqlıdır. Şeyx ətrafındakı “ağıllıları” bir az araşdırsa daha yaxşı olar. Çünki bu cür mükafat verilməməlidir. Hazırda xeyli sayda mükafatlar verilir. Min dənə jurnalist mükafatı var.Ümumiyyətlə, mükafatı dindən düzgün yazana vermək olar. Amma mən indiyə kimi dinlə bağlı əməlli yazı yazan görməmişəm. Ola bilsin ki, kimsə yazıda fəlsəfi nöqteyi nəzərdən dinə toxunub. Amma bir də var ki, ancaq dindən yazasan. Bu, başqa şeydir. Bu, dinin təbliğidir.İnanın ki, daha sözüm yoxdur. Dini mövzuda yazan jurnalistlər üçün mükafatın verilməsi qəribədir. Ümumiyyətlə, bu barədə yazmağa dəyməz. Çünki dini təbliğ etməyə ehtiyac yoxdur. Din haqda araşdırmaq lazımdır. Bu sahədə araşdırma aparmaq tamam başqa məsələdir”.
Related Posts
Ailə qurmaq istəyən 85 nəfərdə “SPİD” aşkarlandı
- admin
- 01/06/2016
- 0
Ümumilikdə 139 700 nəfər müayinədən keçib. Səhiyyə Nazirliyi nikahdan əvvəl tibbi müayinələrin tətbiqinin illik nəticələrini açıqlayıb. […]
Saakaşvili: “Ukraynanın baş naziri olmağa hazıram”
- admin
- 19/11/2017
- 0
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş […]
İlham Əliyevin “sosial dövlət”i
- admin
- 11/04/2017
- 0
Rövşən Hacıbəyli “…Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. […]