“Əgər E.Mahmudov müstəntiqlə bu cür danışıbsa,bu «qırmızı xəttin» keçilməsi deməkdir”.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan Mahmudov onu ağır ifadələrlə təhqir edib. Sən kimsən ki, məni istintaqaçağırırsan? Sənin rəhbərin bunu edə bilməz deyən Mahmudov telefonun dəstəyini asıb.Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.

eyyub-kerimov2

«Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov bildirdi ki, yayılan məlumatın nə dərəcədə həqiqət olduğu barədə məlumatı yoxdur. Əgər E.Mahmudov müstəntiqlə danışığında bu cür ifadələrdən istifadə edibsə, bu bütün «qırmızı xətlərin» keçilməsi deməkdir. Əgər müstəntiqlə danışıqda belə ifadələrə yol verilibsə, bu əslində dövlət başçısına qarşı çıxmaq deməkdir. Çünki prezident dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə toxunulmaz adam yoxdur. Demokratik dövlətlərdə hətta prezidentlər belə hakimiyyət başında olanda məhkəməyə dəvət olunurlar və orada ifadə verirlər. Eldar Mahmudov müstəntiqə qarşı belə hərəkətə yol veribsə, bu prezidenti saya-salmamaqdır. Yəni mən heç kimi saymıram deməkdir. Digər tərəfdən əgər belə bir insident baş veribsə, bu Baş Prokurorluğun zəifliyidir. Bu hərəkətə görə həmin şəxs dərhal həbs olunmalı idi. Bu cür hərəkətlər baş verirsə, prokurorluq çəkinməməli və həmin şəxsi istintaqa cəlb edərək, ən sərt suallarını ünvanlamalıdır».