Dünən Monakoda 20:45-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. Son çempion Barselona Roma As, Bayer Leverkuzen və BATE Borisov klubları ilə bir qrupa düşüb. Çempionlar Liqasının son finalçısı Yuventus isə çətin sayılacaq qrupa düşüb. Belə ki, Mançester Siti, Sevilla və Borussiya Münhenqladbax klubları İtaliya çempionuna rəqib oldu. Türkiyə çempionu Qalatasarayın qrupuna isə, Atletiko Madrid, Benfika və tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək olan Astana klubu düşüb. Püşkün nəticələrini sizin diqqətinizə çatdırırıq.
A qrupu
PSG (Fransa)
Real Madrid (İspaniya)
Şaxtyor Donetsk (Ukrayna)
Malmö (İsveç)
B qrupu
PSV (Hollandiya)
Mançester Yunayted (İngiltərə)
ÇSKA Moskva (Rusiya)
Volfsburq (Almaniya)
C qrupu
Qalatasaray (Türkiyə)
Atletiko Madrid (İspaniya)
Benfica (Portuqaliya)
Astana (Qazaxıstan)
D qrupu
Yuventus (İtaliya)
Mançester Siti (İngiltərə)
Sevilla (İspaniya)
Borussiya Münhenqladbax (Almaniya)
E qrupu
Barselona (İspaniya)
Roma AS (İtaliya)
Bayer Leverkuzen (Almaniya)
BATE Borisov (Belarusiya)
F qrupu
Bayer Münhen (Almaniya)
Arsenal (İngiltərə)
Olimpiakos (Yunanıstan)
Dinamo Zaqreb (Xorvatiya)
G qrupu
Çelsi (İngiltərə)
Porto (Portuqaliya)
Dinamo Kiyev (Ukrayna)
Makkabi Təl-Əviv (İzrail)
H qrupu
Zenit (Rusiya)
Valensiya (İspaniya)
Gent (Belçika)
Lion (Fransa)
Monakoda təşkil olunan tədbirdə ilin qolu mükafatı sahibini tapdı. İlin qolu mükafatı Barselonanın ulduzu Lionel Messinin yarım final mərhələsində Bayer Münhenin qapısına vurduğu qol ol. Eyni zamanda Lionel Messi 2014-15 futbol mövsümü üçün Avropada ilin ən yaxşı oyunçusu seçildi.
Elnur Oruclu