“İlham Əliyevin yerinə olsam, ümumiyyətlə, deputatların maaşını ləğv edərəm!”

 “İlham Əliyevin yerinə olsam, ümumiyyətlə, deputatların maaşını ləğv edərəm! Axı 5-6 nəfəri çıxsaq, parlamentdə əyləşənlərin əksəriyyətinin aylıq 1500-2000 min manat ehtiyacı yoxdur. Köməkçiləri də ləğv edilsin. Kim istəyir canı çıxsın öz pulu ilə özünə köməkçi saxlasın. 1479641342_img2251529
10-15-20-25 ildir deputatdırlar, qoy bundan sonra millətə pulsuz xidmət etsinlər.
O pulu da yönəltsinlər şəhid ailələrinin 20 ildir, verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə.
Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir. Təkcə bu qənaətlə dövlət 4 ilə şəhid ailələrinə olan borcunu tam bağlaya bilər.
Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsini 200 manatın ümidinə buraxılmasına səs verən duputat pul düşmür!
Vallah, elə-belə demirəm. Qarabağ qazisinə, şəhid ailəsinə belə hörmətsizlik edən adamlara pul vermək olmaz”.