Avropa Məhkəməsi hökuməti yenə cərimələyir

avropa-mehkemesiAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını elan edəcək. Bu haqda vəkil Fariz Namazlı özünün facebook səhifəsində məlumat verib:

“22-24 noyabr arasi Avropa Məhkəməsi Azərbaycana qarsi 2 qərarini elan edəcək. Biri Mustafa Hacilinin 2 aprel 2011.ci ildə həbs edilərkən pis rəftara məruz qalmasi ilə baglidir. O, Konvensiyanin 3 və 13.cu maddələrinin pozuldugunu bildirir.

Digər is isə 6 Ərizəcinin sikayəti ilə baglidir. Onlarin sikayəti 1 is uzrə birləsdirilib və 1 qərar elan ediləcək. Ərizəcilər Dəyanət Babayev, Təzəxan Mirələmli, İlham Huseynov, Bəhruz Həsənov, Tofiq Dadasov, Agaverdi Rusanov, Turkel Əlisoydur. Onlar 11 mart 2011, 23 fevral 2014 və 9 mart 2014.cu ildə kecirilən mitinqlərdə istirak etmək istəyirdilər. Hamisi mitinqdən bir necə gun əvvəl tutularaq inzibati qaydada həbs olunmusdular. Onlar Konvensiyanin 5.1, 6.1, 6.3 və 11.ci maddələrinin pozuntusunu iddia edirlər”.