Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Amnesty İnternational “Dəstək məktubu yaz”kampaniyasına başlayıb
Təşkilat dünyada ifadə azadlığı, siyasi baxışlarına görə həbs edilmiş və ya təqib olunan insanların ailə və dostlarının bir-birinə məktub yazmasını təşkil edib.Misirdə həbsdə olan tanınmış fotoqraf Shawkan-ın dostu Azərbaycanlı məhbus, “heykələ yazdığı” üçün həbs edilən Qiyas İbrahimova dəstək məktubu yazıb. Qiyas İbrahimovun adından isə onun anası Şura Əmiraslanova Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verir, həmrəylik göstərərək yazıb:“Əziz Tohti. Mənim oğlum siyasi məsələlərə görə həbsxanadadır. İstəyirəm bir şeyə inanasan: sən tezliklə azadlıqda olacaqsan”.