ÖBtən dövrlərdə bu adamlar büdcə vəsaitlərini özbaşına şəkildə talayıblar.Bir necə gündür ki,hakimiyyətə yaxın KİV-də ləğv olunmuş MTN və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq rəsmiləri arasında korrupsiya əlaqələri barədə istintaq materialları tirajlayır Hakim elita isə bu məsələyə susqunluqla yanaşır? Sabiq MTN zabiti İlham İsmayılın baş verənlərə münasibət bildirib:
“Zamanında belə məmurlar olub, mənimsədiklərinə görə həbs olunublar, 1-2 il cəzalarını çəkəndən sonra azad edib, hətta bəzilərinə vəzifə də veriblər. Yəni bir növ danışılmış şəkildə korrupsiya əlaqələri qurulub. Görünür, adları çəkilən nazirliklərin həbsdə olan adamları heç bir təminatlarının olmadığını gördüklərindən hər şeyi açıb danışırlar. Beləcə də deyirlər: məndən istədilər, verdim və filan işləri gördüm .Yəni korrupsiya idarəolunmaz hala çatıb. Pul qıtlığı yarananda, nə ediblərsə, hamısı bir-birini satacaq. Çünki bu adamlar daha itirəcəkləri heç nələrinin olmadığını görürlər. Onlar üçün dövlətin marağı məsələsi çox arxa plandadır və heç zaman dövlət idarə edənləri, onlara tabe olanları düşündürməyib. Ona görə ki, əsas məqsədləri pul qazanmaq olub. Bu baxımdan istintaq materiallarının yayılmasında təəccüblü heç nə yoxdur. Sadəcə, istintaq hansı dərəcəyə qədər materialların yayılmasını gözləyir. Əgər sənədlərdə ən yüksək səviyyədə olanların adları hallanmırsa, proses iki nazirliyinin arasında gedibsə, yayırlar. İndi gizlədilən məqamlar əbədi olaraq belə qalmayacaq, çünki işdə vəkillər və başqa maraqlı adamlar var.Bir az zamana ehtiyac var. Biabırçılıq olacaq, bir ölkənin iqtisadi təhlükəsizliyi o dərəcədə pis vəziyyətə gəlib çatıb ki, bu, həm mənəvi iflas yaradıb, həm də maddi iflas yaratmaqda davam edir. Adətən belə gedişatın sonu siyasi iflasla yekunlaşır. Konkret bu gün hakimiyyətin siyasi iflasının yox, dövlət sisteminin siyasi iflası yaranır. Suriyada olduğu kimi”.