“Xoşqədəm məgər özbaşına televiziya siyasəti aparırdı?”

“Baxmayın o televiziyalara”ATV-də yayımlanmış “Səni axtarıram” verilişinin şok kadrlarının yayılmasına tanınmışların reaksiyaları səngimir 

 Vəkil Aslan İsmayılov bu haqda fikirlərini bölüşüb: “Azərbaycan TV-lərinin xalq üçün tək ziyanlı yox, təhlükəli olması çoxlarına bəlli idi. Evimizdə televizor olsa da son illər heç vaxt qoşulmayıb.

TV-lərdəki biabırçılıqlarla da Facebookdan tanış olurdum. Bu gün bütün gündəmi zəbt etmiş veriliş haqqında da ilk dəfə bir neçə il bundan əvvəl Xoşqədəm dəvət edəndə eşitdim. İştirakdan imtina etdiyimə görə də məndən bərk incimişdi”.
%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-7
Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdəki yazılarla tanış olanda, verilişin ölkədəki populyarlığını, kimlərin bu verilişə baxdıqlarını, özlərinin və yaxınlarının göz yaşlarını Xoşqədəm bağışlamayacaqlarını görəndə başa düşüb:

“Ki, durumumuz düşündüyümdən də pisdir. Bu hakimiyyətin ağılı yoxdur deyənlərə, xüsusilə müxalifətçilərə etiraz edəndə az qala məni topa tuturdular. Bir daha əmin oldum ki, hakimiyyətin ideoloji cəbhəsi nə qədər “uğur”a imza atıb”.

Sabiq deputat, Milli Şura üzvü Gültəkin Hacıbəyli: “Xoşqədəm məgər özbaşına televiziya siyasəti aparırdı? İnsanları zombiləşdirmək məgər onun yeniliyi idi? Elədirsə, Xoşqədəmə bir həftə öncə “əməkdar jurnalist” fəxri adını niyə verdilər? Məncə, açar sual elə budur.

Xoşqədəm xanım Azərbaycan hakimiyyətinin istisnasız olaraq nəzarət etdiyi bütün televiziya kanalları, qəzetlər və saytlar vasitəsilə həyata keçirdiyi kütləvi zombiləşdirmə, manqurtlaşdırma, beyinyuma siyasətinin sadəcə bir vintciyidir. Hakimiyyətə çalışan bütün jurnalistlər eyni işlə məşğuldur.
%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-8
Onlar sizi hər gün aldatdıqları, aşağıladıqları üçün maaş, Xoşqədəm kimi fərqlənənlər isə hətta fəxri adlar alırlar. Baxmayın o televiziyalara!

Oxumayın o saytları! Aldadılmaq, aşağılanmaq, beyninizi zəhərləmək, zombiləşmiş, iradəsiz kütləyə çevrilmək istəmirsinizsə yalançı, saxta medianı boykot edin”.