“O torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər”

168592_res_01“Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə, əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaqnl o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsüər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”. Virtualaz.org dövlət başçısının saytına istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.