Eldar Sabiroğlu “təəssüf mən vaxtı ilə Leyla Yunusu nə qədər tənqid etmişəm…”,

mudafie-komitesiRüfət Səfərovun qanunsuz həbsi ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Avropa İttifaqına, Avropa Şurasına müraciətlər hazırlanıb. Səfirliklərdə, beynəlxalq təşkilatların nümayəndəliklərində görüşlərə başlanır, müdafiə komitəsinin üzvləri Avropa Şurasında görüşlər keçirir. Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin noyabrın 11-də keçirilən iclasında bildirilib.

Bu gün keçirilən iclasda ictimai müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib ki, Rüfət Səfərovun ictimai müadiə komitəsinə Prezident Adminstrasiyasından başlayaraq hüquq mühafizə orqanları və digər qurumlaradək təzyiqlər və təsirlər var.

“Müdafiə komitəsinin təsis edilməsi hökumət qurumlarına çox ciddi təsir edib”, o qeyd edib.

Eldeniz Quliyev

Eldeniz Quliyev

Bu fikirləri vəkild Bəhruz Bayramov da təsdiq edib və bildirib ki, artıq onun vəkillik fəaliyyəti ilə bağlı Baş Prokurorun birinci müavini Vəkillər Kollegiyasına müraciət edib.

“Müdafiə Komitəsinin birinci iclasından sonra Rüfət Səfərovla əlaqələrinə görə işdən azad edildiyi və bu səbəblə ABŞ-dan sığınacaq aldığı deyilən keçmiş prokuror mənimlə bağlı şikayət edib. Guya mən onu prokurorluğun əleyhinə bəyanat verməyə öyrətmişəm”, Bayramov qeyd edib.

İclasda siyasi məhbus problemi də diqqət mərkəzində olub. Məsələnin daim diqqətdə saxlanılmasının vacibliyi qeyd edilib. Eyni zamanda, son zamanlar siyasi məhbusları müdafiə edən vəkillərə qarşı təzyiqlərin geniş vüsət aldığı bildirilib.

Rəsmi dövlət qeydiyyatı olan hüquq müdaifə təşkilatlarının işi də tənqidə məruz qoyulub.

“Rəsmi qeydiyyatı olan çoxsaylı hüquq müdafiə təşkilatları QHT-lərə Dövlət Dəstəyi Şurasından böyük məbləğdə qrantlar alır. Bəs, bu təşkilatlar niyə Rüfət Səfərovun hüquqlarını müdafiə etmir? Niyə Çingiz Qənizadə, Sahib Məmmədov, Novella Cəfəroğlu, Səidə Qocamanlı və digərləri “Nardaran işi” məhkməsinə gəlmirlər, Rüfət Səfərovu və digərlərini müdafiə etmirlər”, hüquqşünas Namizəd Səfərov qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Güləliyev Rüfət Səfərovla bağlı iş aparıldığını, hüquq müdafiçəsi Leyla Yunusun xəstə olmasına baxmayaraq Avropada görüşlərində Səfərovun məsələsini qaldırdığını diqqətə çatdırıb.

Bu zaman iclasda iştirak edən Rüfət Səfərovun atası Eldar Sabiroğlu təəssüflə, “mən vaxtı ilə Leyla Yunusu nə qədər tənqid etmişəm…”, deyə bildirib

(amerikanın səsi)