Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir. A.Priqojina həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil edəcəyi konfransa qatılacaq.
Maliyyə naziri Samir Şərifov oktyabrın əvəvlində ABŞ-a getmişdi. Rəsmi məlumatda onun BVF və Dünya Bankının illik toplantısına qatılmaq üçün okeanın o tayına yollandığı deyilirdi. Azərbaycan hakimiyyəti anlayır ki, ona kreditlər, maliyyə vəsaiti lazımdır.
Rusiyanın, təzyiq rıçaqlarından savayı, Azərbaycana yardım edəcək nəyisə qalmayıb. Rusiya Azərbaycana möhtac olduğu kreditləri belə verə bilməz. Qərblə, ABŞ-la əlaqələri bərpa etmək lazımdır, çünki kreditlər, maliyyə məhz Qərbdən gələcək.
Həmin kreditlər olmazsa, neftin qiymətinin aşağı düşdüyü, istehsalın olmadığı, manatın növbəti devalvasiyasının gözlənildiyi, ölkədə iqtisadi-sosial böhranın dərinləşdiyi vaxtda çox ağır fəsadlar yarana bilər.
Azərbaycan indiki halda Qərblə əməkdaşlığa məhkumdur. Ona görə də Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndəsinin Bakıya gəlişi nazirin kreditə girəcəyi ehtimalı yaradır. Bunu ekspert də təsdiqləyib.