BMT Mühacirlər Üzrə Ali Komissarı Quterres: Avropa immiqrant mücadilə ilə başa çıxa bilər

Antonio_GuterresBMT Mühacirlər Üzrə Ali Komissarı Quterres, Avropaya gəlmək istəyən immiqrantlara kömək edilməsi lazım olduğunu vurğulayaraq, Avropa bu böhranla başa çıxa biləcək gücə sahibdir”dedi.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres, Avropaya gəlmək istəyən immiqrantlara kömək edilməsi lazım olduğunu vurğulayaraq, “Avropa çətin bir vəziyyətlə qarşı-qarşıyadır ancaq köçkünlərin sayı Avropanın ümumi əhalisinə nisbətən aşağıdır və Avropa bu böhranla başa çıxa biləcək gücə sahibdir” dedi.

Quterres, Fransa Daxili İşlər naziri Bernard Cazeneuve ilə BMT Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında, insan qaçaqçıları ilə mübarizə edilməsi lazım olduğunu vurğuladı.

Quterres, “İnsan qaçaqçıları ilə mübarizə edib, zərər çəkənləri qoruyaraq və indiki funksiyasız sistem yerinə Avropaya qaçan köçkünlərin sığınacaq müraciətinə kömək üçün düzgün işləyən bir sistem yaratmaq, böhranla başa çıxmaq lazımdır” ifadələrini diqqətə yetirdi.

“Avropa çətin bir vəziyyətlə qarşı-qarşıyadır ancaq köçkünlərin sayı Avropanın ümumi əhalisinə nisbətən aşağıdır və Avropa bu böhranla başa çıxa biləcək gücə sahibdir” deyən Quterres, Avropa Birliyinə böhranın həlli üçün səylərini gücləndirməsi və sürətləndirməsinə şağırdı.

Quterres insani kömək qurumlarının maddi çətinlik yaşadığına da toxunaraq, Türkiyə, Livan və İordaniyadakı Suriyalı immiqrantlara kömək etmək üçün büdcənin hədəflənənin altında qaldığını söylədi.

Fransa Daxili İşlər naziri Cazeneuve isə Fransanın şimalındakı Calais şəhərindən İngiltərəyə keçməyə çalışan immiqrantlara toxunaraq, bu insani böhrana bir həll tapılması lazım olduğunu ifadə etdi.

Cazeneuve, Fransa və Almaniyanın Avropadakı immiqrant böhranında məsuliyyət və həmrəylik göstərdiyini ifadə edərək, AB ölkələrinə problemin həllində əməkdaşlıq etmələrinə çağırdı.

 

Mətləb BALAKİŞİYEV