“İslahatları elə aparmaq istəyirlər ki, heç nə dəyişməsin talan etmək hüququ yenə də özlərində qalsın”.

Referendum öncəsi hakimiyyət islahatlardan danışır, məhz bu məqsədlə də Konstitusiyaya bəzi dəyişikliklərin vacibliyini bəyan edirdi. Elə sentyabrın 26-da – ümumxalq səsverməsi günü prezidentin köməkçisi Əli Həsənov jurnalistlərə beləcə də dedi: “Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb”.images-14

Politoloq Zərdüşt Əlizadə bildirir ki, bütün bunlar onun yadına XIX əsrin Rusiyasını salır:

Çar hakimiyyətinin ən yuxarı səflərində mütəmadi olaraq Rusiyanın modernləşməsi, ictimai-siyasi-iqtisadi islahatların aparılması haqqında söhbətlər gedirdi. Bu barədə Saltıkov Şedrin çox gözəl yazıb. O yazırdı ki, bizdə hamı islahat istəyir, amma islahatları elə aparmaq istəyirlər ki, heç nə dəyişməsin. Yəni onların ağalıq, qarət, talan etmək hüququ yenə də özlərində qalsın.

Odur ki, onlar heç bir islahata getməyəcəklər. İslahatı tələb edən ictimai qüvvə də yoxdur. Xalqın çoxluğu o qədər əzilib ki, heç nə anlamır, hüququnu tələb etməyə cəsarəti çatmır.“Əliyevlər ailəsi, sovet dövrünü də üstünə gəlsək, 40 ildir ölkəni idarə edir. Bir islahat aparılıb? Yox? Müşahidə edilən nədir? İqtisadi tənəzzül, insan hüquqlarının pozulması, Azərbaycanın bədnam edilməsi, sərvətlərinin talanı. İndiki referendumsa ailə hakimiyyətini uzatmaq üçün atılmış addım idi.