Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq

Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq

 Almaniya hökuməti qaçqınların ehtiyaclarının ödənilməsi üçün daha federal torpaqlara əlavə olaraq 2,6 milyard avro köçürəcək.
 “Qazeta.Ru” xəbər verir ki, bu vəsait 2016-cı ilin büdcəsinə salınan xüsusi ehtiyat fondlardan ayrılacaq. Vəsaitlərin ayrılması barədə qərar federal torpaqların 2016-cı ilin yanvar ayından avqust ayınadək sığınacaq axtaranlara real xərcləri üzrə maliyyə hesabatı əsasında qəbul edilib.
Ümumiyyətlə, 2015-ci ilin sentyabr ayından etibarən rəsmi Berlin federal torpaqlara bir qaçqın üçün aylıq 670 avro ayırır. 2016-cı ildə bu istiqamətdə 6,9 milyard avro xərclənməsi nəzərdə tutulsa da, əlavələrdən sonra məbləğ 9,5 milyard avroya qədər artıb. Eyni zamanda, Almaniya hökuməti 2017-ci il üçün federal torpaqlara qaçqınların ehtiyaclarının ödənilməsi məqsədilə əvvəlcədən planlaşdırılan 5,72 milyard avrodan əlavə, 1,16 milyard avro ayırmağa qərar verib.
Məlumata görə, ölkənin 2016-ci il üçün büdcəsində qaçqınlara xərc üçün ehtiyat fondlarda 6,1 milyard avro nəzərədə tutulub.