Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub. Bu video oktyabrın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu hərəkətini ələ salmağa çalışıb. Bu video yayılandan iki gün sonra saxlanılan gənc xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılıb və 15 gün həbs cəzası alıb.
Maşın itələyən polislərin videosunu yayan həbs olundu – video
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 1993-cü ildə Bakıda anadan olmuş, Xətai rayon sakini Mahmudbəyli Seymur Məmməd oğludur. O, hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir. (Avtosfer.az)