“Mənə qarşı edilən ölüm təhdidinin arxasında rejimin dayanmasına şübhə qalmadı”.

gozelbayramli1AXCP sədrinin müavini Gözəl Bayramlının ölümlə hədələnməsilə bağlı müvafiq qurumlar hələ də tədbir görülməyib.

Bu barədə Gözəl Bayramlı “Facebook” səhifəsində yazıb: “Mənə qarşı edilən mənəvi terror və ölüm təhdidinin arxasında mövcud rejimin dayanmasına zərrə qədər də şübhə yeri qalmadı. İlk gündən də ehtimalım bundan ibarət idi. Hadisədən 4 gün keçməsinə baxmayaraq hələ də hakimiyyət strukturlarının susqunluğu bu ehtimalın doğruluğunu bir daha təsdiq etdi. Mən mövcud əliyev rejiminə qarşı mübarizənin ön cəbhəsindəyəm, bu mübarizəyə rəhbərlik edən AXCP-nin sıra nəfəriyəm. Xalqımın, ölkəmin bu oğru, talançı, kriminal rejimdən xilas olmağı üçün bundan sonra da yalnız və yalnız mübarizənin önündə olacam. Bir daha mənəvi dəstəyə görə hamınıza təşəkkür edirəm. Demokratiya uğrunda mübarizəmiz isə davam edir. Azərbaycana müstəqilliyi qazandıranlar, demokratiyanı da mütləq gətirəcəklər. Bundan heç kimin şübhəsi olmasın…”