Demokratik Təsisatlar və İnsan Haqları ictimai birliyinin sədri Elçin Abdullayev “Xəbərnamə.info” saytına verdiyi məlumata görə, artıq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanda qeydiyyata alınmayan 15 QHT-lə bağlı işlərin kommunikasiyasına başlanıb.
Abdullayevin məlumatına görə, Azərbaycanda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayan və hüquqları yerli məhkəmə orqanları tərəfindən bərpa edilməyən QHT-lər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.E.Abdullayev bu QHT-lərin sayının ilin sonunda 100-ə qədər ola biləcəyini bildirir. “QHT-lərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə şikayət var.Şikayətlərin əsas səbəbi QHT-lərin qeydiyyata alınmamasıyla bağlıdır.Kommunikasiya prosesi olduğu üçün çox təəsüf ki, bu haqda daha ətraflı məlumat vermək mümkün deyil.Buna görə də, yalnız ümumi məlumatla kifayətlənirik.”