F.Poladovun “Azdrama”dan ayrılması olayının şok detalları (VİDEO)

Akademik Milli Dram Teatrının keçmiş aktyoru Hikmət Rəhimovun işdən çıxarılmasının ilginc detalları məlum olub.

1477637233_picmonkecollage

Xebername.info xəbər verir ki, teatrda dava etdiyi üçün işdən çıxarıldığı bildirilən aktyor məsələnin kökündə başqa nüansların dayandığını bildirib.

Akyorun sözlərinə görə, rejissor köməkçisi Vüqar Məmmədovla mübahisə etməmişdən əvvəl teatrın yeni təyin edilən direktoru Azər Paşa Nemətov onu bir neçə dəfə otağına çağırıb və öz xoşu ilə istefa verməsini tələb edib. Lakin aktyor etiraz etdiyindən direktor ona oyun qurub.

Hikmət Rəhimovun sözlərinə görə Azər Paşa Nemətov bilərəkdən bu yola əl atıb. Səbəb isə o, direktor vəzifəsinə təyin olanda aktyor onu təbrik etməyib və bu da Nemətovda ona qarşı qərəz yaradıb.

Hikmət Rəhimov bunun Dram Teatrda baş verən ilk belə hadisə olmadığını deyib.

Məlumat üçün bildirək ki, aktyor Hikmət Rəhimov oktyabr ayının əvvəllərindəAkademik Milli Dram Teatrından qovulub. Buna səbəb isə onun rejissor köməkçisi Vüqar Məmmədovla mübahisə etməsi göstərilirdi. H. Rəhimovun isə işdən qovulmasına etiraz edən xalq artisti Fuad Poladov da “Azdrama”dan ayrılıb. Onun teatrdan getməsi böyük ajiotaj yaradıb.