ABŞ prezidenti Barak Obama WikiLeaks saytının bu yaxınlarda yerləşdirdiyi məlumatlardan dolayı təəssüfünü ifadə etmək üçün Yaponiya lideri Sindzo Abeyə zəng vurub. Saytın verdiyi məlumatda ABŞ-ın Yaponiyanın yüksək vəzifəli məmurlarını izləməsi barədə bildirilib.
“Prezident Obama təəssüfləndiyini bildirib (…), belə ki, bu hal Yaponiyada geniş mübahisələrə səbəb olub”,- deyə jurnalistlərə hökumət mətbuat katibi bildirib. Lakin izləmə ittihamlarının təsdiqini tapıb-tapmadığını dəqiqləşdirilməyib.
WikiLeaks portalı tərəfindən iyulun sonunda dərc edilən sənədlərə əsasən, ABŞ milli təhlükəsizlik agentliyi sistematik olaraq Yaponiya siyasətçiləri və biznesmenlərinin izlənilməsi ilə məşğul olub.
Xebername.info