Kiyevdən Minskə uçan, Ukraynanın “Belavia” aviaşirkətinə məxsus “Boinq 737-800” sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra geri dönməyə məcbur olub.
Kiyevin Julyanı hava limanından qalxan təyyarə 10 dəqiqəlik uçuşdan sonra, Belarus sərhədinə 50 km qalmış dispetçerlərin tələbi ilə geri dönüb. Dispetçer hər hansı izahat vermədən təyyarənin ekipajına dərhal geri qayıtmaq göstərişi verib və əks halda, havaya qırıcı təyyarələrin qaldırılacağını bildirib.
Julyanı hava limanına endikdən sonra təyyarənin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tələbi ilə yerə enməyə məcbur edildiyi məlum olub. SBU əməkdaşları təyyarəyə daxil olaraq Ermənistan vətəndaşı olan sərnişini özləri ilə aparıblar. Təyyarə yanacaq doldurduqdan sonra yenidən Minskə uçub. Ermənistan vətəndaşı isə bir qədər sonra sərbəst buraxılıb. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Təyyarədə 136 sərnişin olub.