Milli Şuranın sədri Cəmil Həsənli oktyabrın 16-da AXCP sədri Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı önündə dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı
“Bütün baş verənlər, Əliyev irticası dövründə müstəqilliyin nailiyyətlərinin xalqın əlindən alınması müəyyən qədər pessimiz meylləri yaradıb. Əminliklə deyirəm ki, bu pessimizmdə xalqımızın günahı yoxdur. Bütün bunlar xalqı bu vəziyyətə salan, müstəqilliyin bəhrəsini onun əlindən alan, ölkənin tam azad, müstəqil, demokratiya yolunda ciddi maneəyə çevrilən Əliyev rejimi ilə bağlıdır.Ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri, qohum-əqrabalarına verməyə, neft pullarını bölüşdürməyi müstəqilik, idarəçilikkimi anlamağa başladılar. Nəticə etibarilə ölkəmiz gəlib bu günkü duruma düşdü. Amma bu vəziyyət daimi ola bilməz. Bu vəziyyət dəyişilməlidir. Ölkədə azad mətbuat, demokratik seçki bərqərar edilməlidir. Demokratik seçki olmayan yerdə müstəqil siyasət ola bilməz”.