Qəza nəticəsində bir nəfər-“Renault”nun sürücüsü ciddi xəsarət alıb. Qəzadan sonra diplomatın avtombili qısa zamanda hadisə yerindən evakuasiya edilib. Bildirilir ki, sükan arxasında ya səfirin özü, ya da onun müavini olub. Digər məlumata görə sükan arxasında Azərbaycan konsulu imiş. Qəzadan sonra Şevçenko bulvarında nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Hələlik polis qəzaya səbəb olan sürücü ilə bağlı məlumat yaymayıb.
Şahidlərin bildirdiyinə görə,qəzadan sonra hadisə yerinə post-patrul xidmətinin əməkdaşları ilə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin işçiləri də gəlib.Qəzaya səbəb olan diplomatın özünün xəsarət alıb-almadığı haqda məlumat yoxdur. Qəzada “Toyota” avtomobilinin sürücüsü də yüngül xəsarət alıb.