Taleh Bağırov “Cəlladdan cəllada şikayət edək?!”

 Oktyabrın 14-də keçirilən məhkəmə iclasından:

Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil, 18 nəfərin mühakimə olunduğu Nardaran işinə üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.images-12

“Onlardan “karsa” salınmağımın səbəbini soruşanda dedilər ki, “Yezid belə göstəriş verib, bunun Penitensiar Xidmətə dəxli yoxdur”. Mən ötən iclasda Ramil Usubovun işçilərinin Mehriban Əliyevanı təhqir etməsi məsələsinin araşdırılması üçün vəsatət verdim. O isə bu məsələni araşdırmaq əvəzinə, göstəriş verib ki, “Talehi cəzalandırın”. Bunların əlacı olsa, bizim başımızı kəsib, nizəyə vurub gəzdirərlər”, –Taleh Bağırov belə deyib.

İlahiyyatçı üç il əvvəl həbsdə olarkən, Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Azər Seyidovun onu çıxışlarına görə vaxtaşırı “kars”a saldırdığını iddia edir: “Bir dəfə Aşura günü idi, yenə cəzalandırmaq istəyirdi. Dedim ki, “göndər karsa”. Hətta Azər Seyidov onda mənə dedi ki, “Aşura günüdü, olmaz, sonra deyərlər ki, yezidlik eləyirlər”. Amma Ramil Usubov bu hərəkəti ilə deyir ki, “əcəb eləyirik””.

“Bizi müdafiə edənləri “bandotdel”ə çağırıb hədələyirlər”

Daha sonra Taleh Bağırov Nardaran işi üzrə həbs olunanların pozulmuş hüquqlarını müdafiə edən, onları dəstəkləyən hüquq müdafiəçiləri və siyasətçilərin “bandotdel”ə çağrılıb hədələndiyini məhkəmənin diqqətinə yetirib: “Onları həbslə hədələyiblər, deyiblər ki, “belə cinayətkarları müdafiə etmək olmaz”. Biz adamlara qarşı bu cür təzyiqlərdən narahatıq”.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov təzyiqə məruz qalan şəxslərin Daxili İşlər Nazirliyinə şikayət edə biləcəyini deyəndə, Taleh Bağırov belə cavab verib: “Cəlladdan cəllada şikayət edək?!”