Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə ozamankı prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: İşdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”
Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələördə davam etdirib. O prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.
2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Hələlik barədə prezident Heydər Əliyevin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib. Amma o, bir neçə gün öncə rəhbərlik etdiyi qurumda ciddi korrupsiya ittihamları ilə gündəmə gəlib. Heydər Əliyevin fərmanı
C.Qurbanovun Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 noyabr 1994-cü il
№ 237.