Deputat “Rusiyada bütün çarların adına pullar buraxılıb” deyib
“Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır”.
APA-nın məlumatına görə, millət vəkili Siyavuş Novruzov bu təklifi parlamentin oktyabrın 14-də keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: “ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır”.