Xatırladaq ki, bu gün məlum dəvətdən öncə hüquq müdafiəçisinin ““Nardaran işi” ilə bağlı nə qədər şəxs həbs olunub?” adlı araşdırma yazısı dərc olunub. O, yazıda Nardaran hadisələri ilə bağlı həbs olunanların indiyə qədər açıqlanmayan tam siyahısını, onlara qarşı irəli sürülən ittihamlar və işgəncə halları barədə ətraflı qeydlər edib.
Məlumat üçün qeyd edək ki, 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində DİN Mütəşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi qanlı əməliyyat zamanı 2- si polis olmaqla 6 nəfər qətlə yetirilib, onlarla şəxs yaralanıb və 100- dən çox şəxs saxlanılıb və ya həbs edilib. Hazırda Hacı Taleh Bağırzadə olmaqla bir qrup şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi gedir.
Ehtimal olunur ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev hüquq- müdafiə fəaliyyətinə və son zamanlar bu istiqamətdə yazdığı yazılara görə DİN Mütəşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrılıb.