Hökumət istefaya getdi

davudogluTürkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib. Bu, eyni zamanda hökümətin istefaya getməsi deməkdir. Davudoğlu istefa ərizəsini bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə təqdim edib. Türkiyə vaxtı ilə saat 17.40-da başlayan görüşdə Davudoğlunun Nazirlər Kabinetinin istefası barədə ərizəsi Ərdoğan tərəfindən qəbul edilib. Məsələ ilə bağlı Ağ Saraydan verilən açıqlamada bildirilir ki, prezident yeni hökumət qurulana qədər Nazirlər Kabinetinin işə davam etməsini istəyib.