“Həm hamilə qalmaq, həm də bakirəliyini qorumaq mümkün deyil. Birini istəyirsənsə, ikincidən imtina etməlisən. Hökumət də böhrandan çıxmaq istəyir, həm də inzibati idarəetməni saxlamaq istəyir”bu sözləri
iqtisadçı ekspert Qadir İbrahimli deyib.
Onun fikrincə, ikisi bir yerdə mümkün deyil: “Böhrandan çıxmağın yeganə yolu iqtisadi liberallaşmadır – rəqabət mühiti, kapitalın sərbəst və təhlükəsiz hərərəkətinə təminat və mülkiyyət toxunulmazlığıdır”.
İqtisadçı hesab edir ki, sosial yönümlü tədbirlər kompleksinin həyata keçirilməsi zəruridir: “Turizm sektorunun inkişafı mütləqdir.
Bu sahədə həm antiinhisar və rəqabət mühitinin formalaşması istiqamətində, həm qiymət siyasətində kompleks tədbirlər görülməlidir.
Maliyyə sektorunun sağlamlaşdırılması və pul-kredit siyasətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsidir.
Sistemli şəkildə antiinhisar tədbirlərinin həyata keçirilməsidir. İqtisadiyyatın dövlət tənzimlənməsi və idarəedilməsi istiqamətində sistemli, struktur və institusional islahatların aparılmasıdır”.