Məlumata görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək.
Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir. Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.
Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir.