Xəbər verdiyimiz kimi, dünən Gürcüstanda keçirilən parlament seçkiləri zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun ən böyük kəndlərindən birində – Qızılhacılıdakı 48 saylı məntəqədə kütləvi dava düşüb.
Strateq.az xəbər verir ki, hakim “Gürcü arzusu”nun tərəfdarları və polislə Saakaşvili yanlısı “Vahid Milli Hərəkat” partiyasının fəalları arasında baş verən qarşıdurmada xəsarət alanlar olub. Hadisə yerinə xüsusi təyiinatlı dəstə yeridilib və Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından namizəd olan Əhməd İmanquliyevin tərəfdarları məntəqə ətrafından uzaqlaşdırılıb.
Əhməd İmanquliyev və tərəfdarları seçki saxtakarlığı olduğunu iddia edərək, ötən gecə Marneulinin mərkəzi küçəsində “Əhməd, Əhməd…, Mişa, Mişa… (Saakaşvili nəzərdə tutulur- red.)” şüarları ilə yürüş ediblər.
Onu da qeyd edəık ki, bu gün Gürcüstan MSK-sı Marneulidəki qalmaqallı dairə üzrə nəticələri açıqlayıb.
Aydın olub ki, Əhməd İmanquliyev 47 faiz səs toplayıb. Və o, iki həftə sonra keçiriləcək ikiinci tur seçkisində iştirak edəcək.