“Fikrimcə, gömrük rüsumları ilə bağlı son verilmiş qərar bir az tələsik verilmiş qərardır. Statistik rəqəmlər Azərbaycan əhalisinin və daxili bazarın xarici bazarlardan asılı olduğunu göstərir”.
Bunu Toplumtv.com-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli gömrük rüsumlarının artırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, gömrük rüsumlarının artırılması daxili bazarda bəzi məhsulların bahalaşmasına səbəb olub: “Nə vaxtki daxili istehsal əhalinin 3% təlabatını ödəyir, o zaman müxtəlif dövlətlər xaricdən gələn mal və məhsullara gömrük rüsumu qoymaqla daxili bazarını qurmağa çalışırlar. İndiki dövrdə biz bazar və marketlərdən alış-veriş edərkən onu görürük ki, qida məhsulları üzrə əsas olaraq 70-80% idxal məhsullarıdır. Ona görə mən tövsiyə edərdim ki, birinci iqtisadi fəaliyyət artırılsın və daxili bazar daha da stimullaşdırılaraq mal bolluğu yaradılsın, daha sonra belə addımlar atılsın. Daxili bazarı qorumaqda heç bir qəbahət yoxdur. Mən belə müşahidə edirəm ki, artıq qiymətlər bahalaşmağa başlıyıb və kifayət qədər, ən azı bəzi məhsulların 10 faiz, hətta 30% bahalaşmasından söhbət gedir”.