
Xebername.info Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, bundan başqa, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Xatırladaq ki, vətəndaş N.Sultanovdan aşkar edilən “Clonazepam 2” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.
Mətləb BALAKİŞİYEV