Naxçıvanda jurnalistə təzyiq edilir

Eldostu Mehdiyev: Bu gün bizə gələcəklərini deyiblər

“Sentyabrın 26-sı axşamdan Naxçıvan Təhlükəsizlik Xidməti məni narahat edir”.

Bunu “Turan”-a Naxçıvanda fəaliyyət göstərən müstəqil jurnalist və hüquq müdafiəçisi Eldostu Mehdiyev bildirib.

O, narahat edilməsinə səbəb kimi sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərə dair referendumda seçki pozuntuları barədə faktları sosial şəbəkəyə yerləşdirməsini göstərir: “Gecə saat 02:00-da zəng ediblər. Bu gün bizə gələcəklərini deyiblər. Mən də gözləyirəm, gəlsinlər, görək nə deyirlər?”, – deyə E.Mehdiyev bildirib.