“Xalqımız referendumu hamılıqla boykot edir”

akarimli-2014AXCP sədri Əli Kərimli Facebook səhifəsində referendum ilə bağlı ilkin mövqeyini açıqlayıb: “Xalqımız referendumu hamılıqla boykot edir. Seçki məntəqələrində tam bir sükunətdir. Seçici aktivliyinin heç görüntüsünü də yarada bilməyiblər. Neft pullarının azalması ilə paralel hakimiyyətin xalqı səfərbər etmək gücü də azalıb. Xalqımızın bu hakimiyyətə heç bir real dəstəyi yoxdur. İstəyirlər, ümumiyyətlə seçkiləri rəsmən ləğv edib, özlərini ömürlük hakimiyyət elan etsinlər, xeyri yoxdur. Rejim əvvəlki qaydada idarə edə, xalq da əvvəlki qaydada yaşaya bilmir. Köklü dəyişiklik uzaqda deyil!”