Naxçıvan hakimiyyətinin PKK terror təşkilatı ilə əlaqələri haqda mətbuatda indiyə kimi müxtəlif məlumatlar yayılıb. Bu yazıda həmin əlaqələri daha konkret şəkildə göstərməyə çalışacağam. Bu əlaqə həm də Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir desəydim yanılmazdım. PKK-nın Naxçıvan hökuməti ilə əsas əlaqələndiricisi Emin Ucal adlı kürd əsilli iş adamıdır. Həmin Emin Ucal Naxçıvanda 1990-cı illərdə yaranan məşhur “Cahan Holding”in rəhbəridir. O vaxtlar Ucalın iş ortağı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi. Vasif Talıbov oğlu Rza böyüdükdən sonra ortaqlığı qardaşının əlindən alıb oğluna ötürüb. Hazırda bir neçə ildir ki “Cahan Holding”ə Emin Ucalla yanaşı Rza Talıvov rəhbərlik edir. İndi keçək PKK-nın Naxçıvan hökuməti ilə konkret əlaqələrinə. PKK lideri Abdullah Öcalan həbs ediləndən sonra Türkiyə istintaq orqanlarına verdiyi izahatlarda ən böyük dayaqlarının Naxçıvanda olduqlarını bildirmişdi. Onun sözlərindən belə çıxırdı ki, həmin Emin Ucal örgütün Naxçıvan hökuməti ilə əlaqələrini təmin edirmiş və bu yolla müxtəlif yardımlar əldə edirmişlər. Bu örgüt rəhbərinin dedikləridir.
Bildiyimiz kimi PKK Türkiyə hökumətində də ciddi dayaqlara malikdir. Həm Türkiyə, həm də Naxçıvan hökumətindəki dayaqları onlara müxtəlif əməllərini həyata keçirməyə imkan verir. Bu xüsusda Türkiyə ilə Naxçıvanı əlaqələndirən Sədərək-Dilucu Gömrük Məntəqəsi böyük rol oynayır. PKK-nın əsas gəlir mənbəyi bu məntəqə vasitəsilə daşınan narkotik və brilliant alveridir. Naxçıvandan PKK-ya göndərilən silahlar da bu məntəqədən daşınır. Bunu 2012-ci ildə Naxçıvandan qaçan MTN əməkdaşı İbrahim Musayev də öz müsahibələrində üstüörtülü bildirmişdi. Bəs bu silah-sursat daşınması və qaçaqmalçılıq necə həyata keçirilir? Naxçıvanda tikinti işlərini “Cahan Holding” həyata keçirir və bu şirkət tikinti materiallarını böyük yük maşınlarında Sədərək gömrüyündən keçirirlər. Maraqlıdır ki həmin yük maşınları Naxçıvana “tranzit” adı ilə girib çıxırlar. Yəni bu maşınlar nə girişdə nə də ki çıxışda həm Türkiyə həm Naxçıvan tərəfdə yoxlanılmır. Yük maşınları Türkuyədən tikinti materialları ilə dolu Naxçıvana gəlir. Burada isə həmin yük maşınlarına PKK-ya ehtiyac olan silah, ərzaqla yanaşı narkitik və qaçaqmal sayılan brilliantdan tutmuş diğər qanunsuz mallar daşınır. Narkotik və digər qaçaq malların Türkiyədə satışını isə PKK təmin edir. Ortadakı qazanc isə iki yerə bölünür. Yarısı PKK-nın, yarısı isə onların Naxçıvandakı havadarlarının. Hələ bir neçə il öncə PKK-nın Qandil dağlarındakı mağaralarından Naxçıvandakı ” Cahan Holding”-də istehsal olunan ərzaq və digər məhsulların türk əsgərlər tərəfundən tapılması və mətbuatda yayımlabması mənim dediklərimi sübut edir. Naxçıvan hökumətində konkret olaraq kimlərin bu işlərə dəstək verdikləri haqda konkret növbəti yazılarımızda söhbət açacağıq. Növbəti yazılarda onların bu işdən konkter qazancları və bu qazancdan kimlərə nə qədər pay düşdüyü haqda məlumat veriləcək. Hələ irəlidə çox mətləblər var. Bizləri kimlər idarə etdiyinin şahidi olacaqsız.
Xebername.info. Naxçivan əməkdaşı Günel Zamanova 05.05.2016